IQNA

Omanda keçirilən "Sultan Qabus" Quran yarışlarının qalibləri mükafatlandırılıb

0:11 - December 29, 2022
Xəbər sayı: 3493485
Sultan Qabus Omanın 30-cu Milli Qurani-Kərim Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Omanın vəqflər naziri Quranı əzbərləmək və oxumağa maraq göstərilməsini ölkəsinin xalqı üçün ilahi nemətlər mənbəyi hesab edib.

"İQNA", "Oman qəzeti"-nə istinadən xəbər verir ki, Omanın vəqflər və dini işlər naziri Məhəmməd bin Səid Əl-Məməri Sultan Qabus məscidində keçirilən mərasimdə 30-cu dəfə keçirilən Sultan Qabus Quran Hifzi yarışının qaliblərini mükafatlandırıb.

O, çıxışında deyib: "Şübhəsiz ki, Uca Allahın kitabını əzbərləməyə olan bu maraq göylə yer arasındakı əlaqə və omanlı oğlan və qızlar üçün bərəkət mənbəyidir. Omanlı ailələrin Quranı və qiraəti qorumağa və ona əməl etməyə diqqətinin səviyyəsini də göstərir".

O, 2022-ci il Sultan Qabus Qurani-Kərim Hifzi Yarışmasının 7 qalibinə həmçinin münsiflər heyətinə, Qurani-Kərim fəallarına və əlil iştirakçılara mükafatlar verib.

4110112

 

captcha