IQNA

Avstraliyadakı "Adelaide" İslam qəbiristanlığının genişləndirilməsi planı var

21:47 - October 29, 2022
Xəbər sayı: 3493163
Şimali Adelaidada xüsusi ibadət zalı olan yeni İslam qəbiristanlığı yaradılacaq. Buna səbəb bu şəhərdəki yeganə müsəlman dəfn yerinin imkanlarının tamamlanması ilə bağlı narahatlıqlardır.

"İQNA", "In Daily"-yə istinadən xəbər verir ki, Cənubi Avstraliya İslam İcmasının prezidenti Əhməd Zreyka bildirib: "İslam cəmiyyətindəki ailələr, bütün dinlər kimi, öz dəfn ənənələrinə ən yaxşı şəkildə riayət etmək istəyirlər. O cümlədən yaxınlarını eyni gündə və ya öldükdən sonrakı gün dəfn etmək istəyirlər".

O əlavə etdi: "Smithfield Memorial Parkında 1000 dəfn yeri ayrılıb. Yaxınlıqda ibadət zalının və cənazənin yuyulması üçün xüsusi qurğuların tikintisi üçün ilkin planların hazırlanıb. Bu o deməkdir ki, ailələr mərhumun dəfn olunması üçün lazım olan imkanlara sahib olacaq".

Əhməd Zerika aydınlaşdırıb ki, İslam icması üçün yeni dəfn yerləri Adelaida qəbiristanlıqları ilə müqavilədə nəzərdə tutulub.

4095216

captcha