IQNA

Avstraliyalı senator: “Hicablı qızlar hicabları ilə fəxr etməlidirlər”

23:10 - August 02, 2022
Xəbər sayı: 3492658
Avstraliya Senatının ilk hicablı qadın üzvü deyib: “O, hicab geyinməyə qərar verən gənc qızların bunu qürurla etmələrini və hicab geyinməyin onların haqqı olduğunu bilərək bunu etmələrini istəyib.

“İQNA”, “Monte Karlo Əd-Dövəliyyə”-ə istinadən xəbər verir ki, Avstraliya Senatının əfqan əsilli nümayəndəsi Fatimə Peyman bu məclis qarşısında çıxışı zamanı bildirib ki, Onun bu ölkənin parlamentində ilk baş örtülü qadın seçilməsi təəccüblü hadisə olub.

Peyman deyib ki, 10 il əvvəl bu parlament baş örtülü qadının seçilməsinə razılıq verərdimi? Mənə nə geyinməyi məsləhət görmək istəyənlərə deyirəm ki, hicab mənim seçimimdir.

O əlavə edib ki, hicab taxmağa qərar verən gənc qızlardan iftixarla bunu etmələrini xahiş edirəm. Çünki onlar geyim seçimində ixtiyar sahibidirlər.

4075225

captcha