IQNA

İndoneziyada eşitmə qabiliyyəti olmayan tələbələrə Quran öyrədilir

7:30 - July 09, 2022
Xəbər sayı: 3492525
İndoneziyada kar uşaqlara Quranı ərəb işarət dilində əzbərləməyi və oxumağı öyrədən bir İslam məktəbi var.

"İQNA", "Euro News"-a istinadən xəbər verir ki, İndoneziyanın Yogyakarta şəhərinin ətrafında Quran tilavətinin səsinin eşidilməyən sakit məhəlləsində İslam internat məktəbi kar uşaqlara Quranı ərəb işarət dilində oxumağı öyrədir.

Bu məktəbin qurucusu Əbu Qəhfi Fransa xəbər agentliyinə deyib ki, bu cür təhsil İndoneziyada kar uşaqların dinləri haqqında heç bir məlumatı olmadığını anladığım zaman hiss etdiyim narahatlıqdan başladı.

İki il əvvəl bu məktəbdə gedən 13 yaşlı Məhəmməd Rafa Quranın 9 cüzünü əzbərləyib. O deyir ki, mən burada çox xoşbəxtəm. Çox aramlıqverici yerdir.

4068975

captcha