IQNA

İmam Xomeyninin (rəh) fikrində irfan və rasionallıq

17:57 - June 02, 2022
Xəbər sayı: 3492334
İmam Xomeyni (rəh) inqilabçı lider və siyasi xadim kimi tanınsa da, onun irfan və dini elmlər sahəsində önəmli fəaliyyətləri və nəzəriyyələri olmuşdur. Digər şeylərlə yanaşı, irfanı Quran və Sünnədən götürülmüş bir yol kimi təqdim edir.

"İQNA", xəbər verir ki, hövzə və universitetin tədqiqat institutunun elmi heyətinin üzvü Höccətül-islam vəl-müslimin Məhəmməd Behişti, İmam Xomeyni (rəh) barəsindəki çıxışında deyib:

İmam Xomeyninin (rəh) irfani baxışının xüsusiyyətlərini dörd halda araşdırmaq olar. Birincisi, Quran, hədis, rəvayət və dualardan irəli gəlir. O, əsərlərində əsl irfanının məhz bu hallardan qaynaqlandığını sübut etmişdir. İmamın nəzəri bu idi ki, kitab və rəvayətdə irfan haqqında nəzəri və əməli biliklər o qədər çoxdur ki, insan özünə icazə vermir ki, başqa irfan məktəblərindən irfani tapıntılar mənbəyi kimi istifadə etsin.

İmam Xomeyninin (rəh) ikinci xüsusiyyəti irfan ilə dünyanı birləşdirməsidir. həm qədim, həm də yeni irfan əsasında yaşayanlar bütün dünyada guşənişindirlər. Amma o, arif olsa da, ömür boyu irfan üsulları ilə yaşasa da, siyasətə, cəmiyyətə biganə qalmadı. O, həm də ən böyük siyasi inqilab yaratdı və dedi ki, biz dünyaya irfan prizmasından baxırıq.

İmam Xomeyninin (rəh) irfanının üçüncü xüsusiyyəti irfanın rasionallıqla əlaqələndirilməsidir. Ariflər və alimlərin ən böyük problemi o idi ki, deyirdilər ki, qəlb, kəşf və intuisiya yolu olan irfanla ağıl və təfəkkür yolu arasında ziddiyyət var. Rasionallığa tamamilə zidd olan bir çox irfani baxışlarımız var. Amma İmamın irfanında rasionallıq ilə irfani kəşf və intuisiya arasında uyğunluq və həmahənglik vardır.

Dördüncü xüsusiyyət, həqiqi irfanın ilahi eşqlə əlaqələndirilməsi və ya başqa sözlə desək, eşq və irfanın əlaqələndirilməsidir. Onun irfani baxışı eşqdən keçir. İlahi eşqə baxmadan İmamın irfanını düzgün dərk etmək olmaz.

İmam Xomeyninin (rəh) nəzərində tövhid irfanın məxsus mövzusudur və irfanın əsasıdır. O deyir ki, irfanda əməli irfan ən böyük rola malikdir. Əməli tövhid bu dünyada hər şeyin Allahın əlində olduğunu bilmək və ona inanmaq deməkdir. İmam Xomeyninin (rəh) nəzərinə görə, fərdi islah, Allahdan qeyrisinin bəndəliyini rədd etmək, Allahın düşmənlərinə itaətsizlik, ictimai islah, sonsuz ümid, böyük səy, baxış genişliyi, yorulmaz səy, səbir və müqavimət, daha böyük bağlılıq hissi əməli tövhidin təsiri və nəticələrindəndir.

3954155

 

Teqlər: İmam xomeyni ، irfan ، rasionallıq ، quran ، arif
captcha