"İQNA", "Salam Gatoway"-a istinadən xəbər verir ki, İndoneziya Mərkəzi Bankı hesabatında 2021-ci ilin yanvar-oktyabr aylarında İndoneziyada halal məhsulların onlayn satışının 12,18 trilyon rupiyə (850 milyon dollar) çatdığını açıqlayıb. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 62% artım göstərir.
İndoneziyada halal ticarətində ən yüksək artım may ayında və keçən ilin Fitr bayramı ərəfəsində olub.
İndoneziya Milli Bankının prezidenti Perri Vargio bildirib ki, 2021-ci ilin oktyabr ayında halal məhsulların onlayn satış zənciri 62%-dən çox əhəmiyyətli artım göstərib.