"İQNA", "ABC"-yə istinadən xəbər verir ki, Respublikaçı Loran Bubert cümə günü etdiyi son açıqlamalara görə müsəlmanlardan üzr istəyib.
ABŞ-ın keçmiş prezidentinin ekstremist tərəfdarı Twitter-də yazıb: "İlhan Ömərin haqqında dediklərimlə təhqir etdiyim hər bir müsəlman kəsdən üzr istəyirəm."
ABŞ-da silah tərəfdarı olan qanunverici bir neçə gün əvvəl etdiyi çıxışda İlhan Ömərlə Konqres binasının liftində olarkən konqres polisinin liftə doğru qaçdığını gördüyünü söyləmişdi. Həmçinin deyir ki, öz-özümə dedim ki, yaxşı, onun (İlhan Ömərin) yanında bel çantası yoxdur, ona görə də bizə heç nə olmayacaq.
İlhan Ömər onun təhqiramiz ifadələrinə cavab olaraq Twitter-dəki mesajında onu “çirkli” adlandırıb və yazıb: "İslam əleyhinə olan qərəzlər gülməli deyil və normallaşmamalıdır."
Həmin gün ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokrat liderlər bəyanat yayaraq, Buberti tamamilə geri çəkilməyə və oxşar ifadələri təkrarlamaqdan çəkinməyə çağırmışdılar.