IQNA

Dəməşqdə məscidlər ictimaiyyətə açıldı

17:18 - August 17, 2020
Xəbər sayı: 3487905
Suriyada Vəqflər Nazirliyi Dəməşq vilayəti və ətraf şəhərlərindəki məscidləri cümə ibadətləri üçün açıq elan edib.

Nazirlik verdiyi açıqlamada məscidlərin təhlükəsizlik tədbirləri çərçivəsində son dərəcə ehtiyatla açılacağını, dərslərin və digər dini fəaliyyətlərin dayandırılmasının isə davam edəcəyini qeyd edib.  

Qeyd edək ki, avqustun 2-də Vəqflər Nazirliyi koronavirusla mübarizə tədbirləri çərçivəsində Dəməşq vilayəti və ətraf şəhərlərindəki məscidlərdə cümə namazını 15 günlüyünə dayandırmışdı.

Mənbə: Eastnews.org

Teqlər: dəməşq ، məscid ، suriya
captcha