Maide.Az xəbər verir ki, Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb. Gecə saatlarında o həbsdən azad olunub.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon məscidində cümə namazı qıldığına görə rayonun icra başçısı onun barədə polisə şikayət edib. O, 2017-ci ilin fevral ayının 22-də saxlanılıb.
Şikayət əsasında ona cinayət işi açılıb və 2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Şeyx Sərdara hökm oxunub.
Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün (22.02.2020) Şeyx Sərdar Bakıda olacaq.
Bakıda Şeyxı ziyarət etmək istəyənlər saat 10:00 dan axşama qədər Yeni Yasamal Dadaş Bünyad zadə 11 -ə gələ bilər. (Vital Kilinikanın yanında Mərasim evi)