İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Küveytə şəhərində məscidə edilən terror hücumunda 15 nəfər həyatını itirib.
Hadisə bu gün (10 Yanvar 2020), Cümə günü, axşam saatlarında Bəluçistanın mərkəzi şəhəri Küveytənin məscidlərindən birində baş verib.
Məsciddə bombanın partlaması nəticəsində 15 nəfər ölüb və onlarla insan yaralanıb. Ölənlər arasında polis zabiti də var.
Məscidin özü də qismən dağılıb, qapı və pəncərələri sıradan çıxıb.
İndiyədək heç bir terror qurupu bu hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
Cari həftənin Çərşənbə axşamı da Pakistanın sərhəd qüvvələrinin bir maşını Küveytədə partaldılmışdı. Bu hadisədə iki nəfər ölmüş və 14 nəfər yaralanmışdı. Hadisəni Talibanın terror qanadlarından biri olan "əl-Əhrar" qruplaşması törətmişdi.