IQNA

Aşura əzadarlığında iştirak etdiyi ruhanini həbs etdilər

14:35 - September 27, 2019
Xəbər sayı: 3485883
Bəhreynin Ali-Xəlifə rejiminin təhlükəsizlik məmurları şiə ruhanisi Şeyx Səid Üsfuru Aşura əzadarlığı mərasimində iştirak etməsi bəhanəsi ilə həbs ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin Ali-Xəlifə rejiminin təhlükəsizlik məmurları şiə ruhanisi Şeyx Səid Üsfuru Aşura əzadarlığı mərasimində iştirak etməsi bəhanəsi ilə həbs ediblər.

Bəhreynin Milli Vifaq İslam Cəmiyyətinin sosial şəbəkələrdə bu barədə paylaşdığı məlumatda deyilir ki, Ali-Xəlifə rejiminin məmurları Şeyx Üsfur ilə birlikdə Həmd şəhərinin "Hüseyni heyəti"nin rəisi Seyid Cavad Əsədi də saxlayıblar.

Milli Vifaq İslam Cəmiyyətinin məlumatına görə Ali-Xəlifə məmurları Aşura günü əzadarlıq mərasimində aktiv iştirak etdikləri üçün digər altı nəfər şiəni də həbsə alıblar.

Ali-Xəlifə rejimi bildirib ki, Aşura mərasimində həbs edilənlər istintaq müddəti başa çatıncaya qədər həbsdə saxlanılacaqlar.

Qeyd edək ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik muzdurları hər il Məhərrəm ayında şiələri öz məzhəbi ayinlərində iştirak etdikləri üçün həbs və təqib edirlər.  

http://iqna.ir/fa/news/3845216

Teqlər: iqna ، ali-xəlifə ، aşura ، şiə
captcha