IQNA

Dubayın Quran mükafatı İslami şəxsiyyəti bəlli oldu

13:22 - June 02, 2018
Xəbər sayı: 3483255
Bu barədə "Dubay Mükafatı" 22-ci beynəlxalq Quran yarışlarının keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlhə media əhli ilə keçirdiyi konfransda xəbər verib.

Dubayın Quran mükafatı İslami şəxsiyyəti bəlli olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dubayın Quran mükafatına layiq görülən İslami şəxsiyyətin adı açıqlanıb.

Bu barərə BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) bu barədə Dubay şəhəri merinin mədəniyyət məsələləri üzrə müşaviri və "Dubay Mükafatı" 22-ci beynəlxalq Quran yarışlarının keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlhə media əhli ilə keçirdiyi konfransda xəbər verib.

Dubayın sənaye və ticarət kompleksində mətbuat konfransında danışan Dubay şəhəri merinin mədəniyyət məsələləri üzrə müşaviri deyib: Mədinə şəhərinin "Peyğəmbər məscidi"nin (Məscidun-Nəbi) camaat imamı, xətibi və məşhur tərtil ustadı Əli Əbdürrəhman Hüzeyfi "Dubay Mükafatı" 22-ci beynəlxalq Quran yarışlarının "islami şəxsiyyəti" olaraq seçildi.  

Əli Əbdürrəhman Hüzeyfi Ərəbistanın Mədinə şəhərində "Məscidun-Nəbi"nin xətibi və camaat imamıdır. Onu müsəlmanlar, əsasən də Quran oxuyanlar tərtil tilavəti ilə tanıyırlar. O, Misrin "əl-Əzhər İslam Elmləri Universiteti"nin Quran elmləri və qiraət fənləri fakültəsinin doktorluq pilləsinin məzunudur. Elə Quran elmləri və qiraət fənləri üzrə də Mədinənin İslam universitetində tədris edir.

Hüzeyfənin tərtili ilə Qurani-Kərimin 30 cüzinin audio yazısı mövcuddur. Bundan əlavə o, Ərəbistanın "Məlik Fəhəd" adına Qurani-Kərimin çapı və nəşri müəssisəsində Qurani-Kərimin audio yazılışına və çap nüsxəsinin nəşrinə nəzarətçidir.

Qeyd edək ki, "Dubay Mükafatı" 22-ci beynəlxalq Quran yarışları dünyanın 104 ölkəsinin Quran hafizləri və qarilərinin iştirakı ilə mübarək Ramazan ayının 7-də başlayıb və 20-dək davam edəcəkdir. Bu yarışlarda İran İslam Respublikasını yeniyetmə Quran hafizi Məhəmmədrza Zahidi təmsil edir.  

http://iqna.ir/fa/news/3719609

captcha