IQNA

Omanda “İslamın mesajı” adlı sərgi işə başladı

9:22 - March 01, 2018
Xəbər sayı: 3482845
Omanın Rustaq şəhərinin Tərbiyəvi Elmlər Universitetində “İslamın mesajı” adlı mədəniyyət sərigisi dünən bu ölkənin Dini İşlər və Vəqf idarəsinin təşəbbüsü ilə öz işinə başladı.

Omanda “İslamın mesajı” adlı sərgi işə başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Omanın Rustaq şəhərinin Tərbiyəvi Elmlər Universitetində “İslamın mesajı” adlı mədəniyyət sərigisi dünən, həftənin üçüncü günü, 28 Fevral 2018-ci il, bu ölkənin Dini İşlər və Vəqf idarəsinin təşəbbüsü ilə öz işinə başladı.

Bu sərgidə müsəlmanların çap, əlyazma, xəttatlıq və hünsxətt sahələrinə aid olan 24 ədəd nəfis incəsənət tablosu nümayiş olunur.

Oman dövləti bu sərgi vasitəsi ilə öz millətinin İslam dini və müsəlmanlarının elm və mədəniyyətinin yayılmasındakı rolunu göstərmək istəyir.

Bu sərginin mühüm hissələrindən biri də omanlı qadınların İslam mədəniyyətini yaymaqda göstərdiyi fəaliyyətləri nümayiş etməkdir.

“İslam mesajı” sərgisinin haşiyəsində “Tolerantlıq sözdən əmələdək” adlı təlim kursu da keçiriləcəkdir ki, bu kursda müasir dövrün problemləri ilə üzləşmənin Quran və İslam qaydları öyrədiləcəkdir.

Qeyd edək ki, “İslam mesajı” sərgisi 2010-cu ildən başlayaraq indiyədək dünyanın 115 paytaxtında 26 dildə keçirilmidir.    

http://iqna.ir/fa/news/3695490

Teqlər: iqna ، oman ، islam mesajı ، sərgi
captcha