IQNA

Omanın yüksək vəzifəli dini rəsmisi İranın fiqhi toplantısında

7:23 - February 27, 2018
Xəbər sayı: 3482837
Şeyx Abdullah Siyabi – Omanın Ali Məhkəməsinin rəis müavini, İran İslam Respublikasının Məsqətdəki Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə İİR-nın “Beynəlxalq Fiqh və Qanun Konfransı”nda iştirak edəcəkdir.

Omanın yüksək vəzifəli dini rəsmisi İranın fiqhi toplantısındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikası İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Omanın yüksək vəzifəli dini rəsmisi İranın fiqhi toplantısına qatılacaqdır.

Şeyx Abdullah Siyabi – Omanın Ali Məhkəməsinin rəis müavini, İran İslam Respublikasının Məsqətdəki Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə İİR-nın “Beynəlxalq Fiqh və Qanun Konfransı”nda iştirak edəcəkdir.

Omanın Ali Məhkəməsinin rəis müavini Şeyx Abdullah Siyabi dünən, cari həftənin birinci günü, 26 Fevral 2018-ci il, İran İslam Respublikasının Məsqətdəki Mədəniyyət İşləri İdarəsinin məsul işçisi Bəhmən Əkbərinin müşayiəti ilə Tehrana yol salınıb. O, müqəddəs Qum şəhərində keçiriləcək “Beynəlxalq Fiqh və Qanun Konfransı”na qatılacaqdır.

Qeyd edək ki, “Beynəlxalq Fiqh və Qanun Konfransı” cari həftənin sonlarında, həftənin cüməaxşamı və cümə günləri, Fevral ayının 28 və Mart ayının 1-də Qum şəhərində keçiriləcəkdir.

Konfransın təşkilatçısı İİR-nın İslam Şurası Məclisinin (Milli Məclis) nəzdində fəaliyyət göstərən “İslami Araşdırmalar Mərkəzi”dir.

Üçüncü dəfə keçiriləcək bu beynəlxalq konfransın hədəfi İslami fiqdən beynəlxalq və dövlət qanunlarında istifadə etmək və faydalanmağın elmi yollarını müzakirə etməkdir. Konfransın əsas mövzusu, fiqh, qanun və ictimai reallıqlardır.

http://iqna.ir/fa/news/3694891

Omanın yüksək vəzifəli dini rəsmisi İranın fiqhi toplantısında

Teqlər: iqna ، fiqh ، qanun ، iran ، oman
captcha