IQNA

Pakistanın Küveytə şəhərində İran İslam İnqilabı anıldı

11:46 - February 09, 2018
Xəbər sayı: 3482754
İran İslam İnqilabının 39-cu il dönümü münasibəti ilə Pakistanın Küveytə şəhərinin Reporter Klubunda “İslam İnqilabı və onun nailiyyətləri” adlı seminar keçirilib.

Pakistanın Küveytə şəhərində İran İslam İnqilabı anıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin üçüncü günü, 7 fevral 2018-ci il, İran İslam İnqilabının 39-cu il dönümü münasibəti ilə Pakistanın Küveytə şəhərinin reporterlər və mətbuat klubunda “İran İslam İnqilabı və onun nailiyyətləri” adlı seminar keçirilib.

Pakistanın Küveytə şəhərinin reporterlər və mətbuat klubunda keçirilən “İran İslam İnqilabı və onun nailiyyətləri” adlı seminarda İran İslam Respublikasının Pakistanın Küveytə şəhərindəki səlahiyyətli baş konsulu Məhəmməd Rəifii, İran İslam Respublikasının Küveytədəki “Mədəniyyət Evi”nin rəisi Kuruş Əqdayi, İmam Sadiq (ə) cəmiyyətinin rəisi Əsədi, Küveytə şiələrinin Cümə imamı Haşim Musəvi, Bəluçustan İslam Camaatı təşkilatının rəisi Mövlana Əbdül-Həqq Haşimi Əmir, Mövlana Seyid Həbibullah Çəşti, Seyid Fəzlurrəhman Ağa (Qəlat şəhərinin bələdiyyə rəisi), əhli-sünnə və şiələrin alim və ruhaniləri və Bəluçustan universitetinin ustad və müəllimləri iştirak ediblər.

İran İslam Respublikasının Küveytədəki “Mədəniyyət Evi”nin rəisi Kuruş Əqdayi mərasimin açılışındakı çıxışında qonaqları salamlayaraq dedi: 20-ci ərsin sonlarında baş verən İran İslam İnqilabı dünyanı lərzəyə gətirdi və dünya müsəlmanlarının ürəyində ümid nurunu yandırdı.

O, çıxışının davamında İslam təlimlərinə əsaslanan nizamın təsis və təşkil edilməsini və “istiqlal, azadlıq və İslam” şüarı əsasında dövlət yaradılmasını inqilabçıların əsas hədəfi olduğunu bildirib.

Kuruş Əqdayi bu inqilabın uğur və nailiyyətlərindən danışdı, həmçinin İranın dünyada bir çox elmi rütbələri qazandığına işarə edərək dedi: Beynəlxalq Elmi Mərkəzlərin verdiyi hesabata görə, İran İslam Respublikası elmi məqalələrinə görə, dünyada 15-ci elmi rütbədədir. Və nanotexnologiyaya sahəsində isə dünyada 4-cü yerdədir.   

Mərasimin davamında pakistanlı alim, ruhani, yazarlar və rəsmilər çıxışlar ediblər, İslam İnqilabı barədə şerlər səsləndirilib, İran və Pakistanın qədim dostluq əlaqələrindən və ortaq mədəniyyətindən danışlıb.

http://iqna.ir/fa/news/3689999

برگزاری سمینار

برگزاری سمینار

برگزاری سمینار

 

captcha