IQNA

Təbriz şəhəri İslam Dünyası Şəhərləri Konfransına ev sahibliyi edəcək

21:15 - July 30, 2015
Xəbər sayı: 3337028
Tehran(IQNA)- Təbriz şəhərinin bələdiyyə sədri Sadiq Nəcəfi, bu şəhərin 2016-cı ildə keçiriləcək İslam Dünyası Şəhərləri Konfransına ev sahibiliyi edəcəyini bildirib.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) İslamazeri.az-a istinadən xəbər verir ki, İranın Şimal Qərbində yerləşən Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərinin bələdiyyə sədri Sadiq Nəcəfi Təbrizin 2016-cı ildə keçiriləcək İslam Dünyası Şəhərləri Konfransına ev sahibiliyi edəcəyini bildirib.


O qeyd edib ki, bu qərar Vyanada keçirilən Dünya Bələdiyyələri toplantısında qəbuil edilib.  Sadiq Nəcəfi bu layihənin 56 İslam ölkəsinin iştirakı ilə reallaşmaqda olduğunu və İslam sivilizasiyasının ön plana çıxdığı İslam ölkələri şəhərlərinin tanıdılmasının, bu şəhərlərə lazımi mədəni, sosial və iqtisadi xidmətlərin təmin olunması məqsədilə təşkil olunduğunu söyləyib.

Teqlər: təbriz ، şəhəri ، konfras ، İslam
captcha