IQNA

Ərbəin münasibətilə Nəcəf hava limanında zairlərə pulsuz viza veriləcək

8:37 - December 01, 2014
Xəbər sayı: 2613557
Beynəlxalq qrup: Nəcəf-Əşrəf hava limanının idarə heyəti İmam Hüseynin (ə) "ərbəin" günü münasibətilə zairlərin bu hava limanından İraqa girişi pulsuz olacaqdır.

İQNA-nın "sumeriyənyuz" internet xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Nəcəf-Əşrəf hava limanının idarə heyətinin bir üzvü Mustafa Tureyhi bu barədə xəbər verərək deyib ki, İraq Dövləti Nazirliyinin göstərişinə əsasən İmam Hüseynin (ə) "ərbəin" günü münasibətilə zairlərin Nəcəf hava limanından İraqa girişi pulsuz olacaqdır.
O vurğulayıb: Bu göstəriş təkcə "ərbəin" ziyarəti günləri üçündür.
Qeyd edək ki, İmam Hüseyn (ə) "ərbəin" ziyarəti ərəfəsində minlərlə heyət və karvanlar zəvvarların hərəkət etdiyi yollarda zairlərə xidmət edir və onları yemək və məskən ilə təmin edirlər.
İŞİD və digər təkfirçi terrorçuların İraqda çoxalması və təhlükəli bir şəraitin yaranmasına baxmayaraq, İraq rəsmilərinin dediklərinə görə İmam Hüseyn (ə) zairləri daxil və xaricdən Kərbəlya getmək üçün hər keçən günə nisbət daha da çoxalırlar.
2613540

captcha