IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 30

Bir daş parçası ilə öldürülən güclü bir komandir

21:59 - February 06, 2023
Xəbər sayı: 3493666
Quranın təqdim etdiyi şəxsiyyətlərin hekayələri arasında müxtəlif insanlara rast gəlirik ki, onlardan bəziləri əfsanəvi və ağlasığmaz şəxsiyyətlərə və ya davranışlara malikdir; Məsələn bəzilərinin dediyinə görə, Calut, təxminən üç metr boyunda idi və xüsusi gücə sahib idi. Baxmayaraq ki, kiçik bir daş parçası onun ölümünə səbəb oldu.

Calut təxminən eramızdan 1000 əvvəl yaşamış və Davud Peyğəmbər (s) tərəfindən öldürülən Bəni-İsraillə döyüşdə Fələstin ordusunun komandiri idi. Calutun və onun qövmünün dini bütpərəstlik idi. Təfsir və tarixi mənbələrdə Calut güclü döyüşçü və Fələstin ordusunun ən məşhur qəhrəmanı və komandiri idi. Bəziləri onu Misir Qıptilərinə aid edir, bəziləri isə Ham ibn Nuha aid edirlər.

Calut Cətt şəhərindən (Fələstində Qəzzənin cənub-şərqində yerləşir) anadan olub. Calut və onun xalqının yaşadığı yerin də Misir və Fələstin arasında Roma dənizinin (Aralıq dənizi) sahili olduğu bildirilir.

Onun üçün qeyri-adi fiziki xüsusiyyətlər qeyd olunur; O, üç metr hündürlükdə idi. Bəni-İsraillə döyüşdə çox ağır döyüş texnikası daşıyırdı.

Calut Bəni-İsrailə qələbə çalaraq onları öz torpaqlarından qovdu və bəzilərini əsir aldı. Calutun Bəni-İsrail üzərində qələbəsinin Musanın (ə) vəfatından təxminən 250 il sonra olduğu bildirilir.

Talutun başçılığı altında Bəni-İsraillilər Caluta qarşı döyüşməyə hazırlaşdılar. Lakin ilahi sınaqlardan keçdikdən sonra daha az sayda insan Calutun ordusunun qarşısında dayandı. Bir halda ki, Calutun əsgərlərinin sayı çox idi.

Bu döyüşdə Calut fil və ya ata minmiş və tam silahlanmışdı. O, Talutun əsgərlərinin ruhiyyəsini məhv etməyə çalışırdı. Amma sonda Allahın izni ilə Davud peyğəmbərin (s) daş atması ilə onun alnı yarıldı və öldü. Calutun ölümündən sonra fəlstinlilər məğlub oldular və Bəni-İsraillilər öz torpaqlarına qayıtdılar.

Calutun adı Qurani-Kərimdə üç dəfə gəlib. Onların hər üçü də "Bəqərə" surəsinin 249-251-ci ayələrində gəlmişdir. Bu ayələr, Calutun Bəni-İsraillilər üzərində hökmranlığı ilə bağlı olan və bu iki qrup arasındakı döyüşə işarə edən ayələrdir. Bəzi təfsirçilər “İsra” surəsinin 5-ci ayəsini Calutun Bəni-İsraillilər üzərində hökmranlığına işarə etdiyini hesab etmişlər. Sözügedən ayələr Bəni-İsraillilərin yer üzündəki fitnə-fəsad və qürurlarından xəbər verir ki, Allah hər dəfə öz qullarından bir dəstəsini onların qürurunu sındırmaq üçün təyin edir.

İncildə Calutun Bəni-İsraillilər üzərində hökmranlığı və onlarla fələstinlilər arasındakı müharibə ətraflı təsvir edilmişdir.

Bəzi təfsirçilər bu iki qrup arasında döyüşün İordaniyada, bəziləri isə Fələstində baş verdiyini qeyd ediblər. Ora Calutun öldürüldüyü yerdir.

captcha