IQNA

İlk hicablı qadın nümayəndə Amerika Konqresi Komitəsindən çıxarılıb

18:07 - February 04, 2023
Xəbər sayı: 3493655
ABŞ Konqresinin Respublikaçı nümayəndələri sionist rejimi tənqid etdiyinə görə ilk hicablı qadın nümayəndəsi İlhan Ömərin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən çıxarılmasına səs veriblər.

"İQNA", " Rusiya Əl-Yəvm"-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan spikeri Kevin Makkarti aylarla bu müsəlman qadın nümayəndəsini Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən xaric etməyə çalışıb.

Somalidən olan mühacir və ABŞ Konqresinin iki müsəlman nümayəndəsindən biri olan İlhan Ömər bu səsvermədən əvvəl özünü müdafiə edib. O deyib: "Belə bir fikir var ki, əgər sən mühacirsənsə, dünyanın müəyyən bölgəsindənsənsə, müsəlmansansa və ya müəyyən dəri rənginə sahibsənsə, şübhə altına düşürsən".

O əlavə etdi: "Yaxşı, mən müsəlmanam, mühacirəm və maraqlısı odur ki, Afrikadanam. Mənim hədəfə alındığım üçün kimsə təəccüblənir? Mənim Amerikanın xarici siyasəti haqqında danışdığım üçün dəyərsiz hesab olunmağım kimin üçünsə təəccüblü sayılırmı?"

Ağ Evin sözçüsü Karin Jean-Pierre cümə axşamı yerli vaxtla Vaşinqtonda jurnalistlərə bu məsələyə cavab olaraq deyib: "İlhan Ömərin Konqresin çox hörmətli üzvü olduğuna inanırıq".

O, bildirib ki, onun parlamentin xarici əlaqələr komitəsindən çıxarılması respublikaçılar tərəfindən demokrat üzvə qarşı ədalətsiz hərəkətlərdən bir başqasıdır. Bu, Amerika xalqına xidmət qarşısında maneə yaradır.

4119333

captcha