IQNA

Bu yaxınlarda Quranın yandırılması Qərbin ikiüzlülüyünü göstərir

12:36 - February 03, 2023
Xəbər sayı: 3493653
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bu yaxınlarda bir sıra Avropa ölkələrində Quranın yandırılmasını fikir azadlığına hörmət etdiyini iddia edən Qərb siyasətçilərinin ikiüzlülüyünün göstəricisi kimi qiymətləndirib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi mətbuat konfransında deyib: "Fikir azadlığına hörmət dünya ictimaiyyəti tərəfindən geniş şəkildə qəbul edilir. Ona görə də müsəlmanların inanc və dini hisslərinə hörmət edilməlidir".

O, Avropada Qurani-Kərimin yandırılması xəbərini izlədiyinə işarə edərək əlavə etdi: "Bu hallar dini etiqad azadlığına hörmət etdiyini iddia edən bəzi qərbli siyasətçilərin ikiüzlülüyünü göstərir".

Ning Çinin sivilizasiyalar arasında dialoq istədiyini, müsəlmanların və digər dini qrupların inanc azadlığını qorumaq üçün İslam ölkələri ilə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

İsveç, Danimarka və Hollandiya bu yaxınlarda Rasmus Paludan başda olmaqla ifratçı sağçıların Qurani-Kərimin nüsxələrini yandırmasının şahidi olublar. O, Danimarkada ifratçı "sərt xətt" partiyasının lideridir. Paludanın bu hərəkəti İslam ölkələri, Çin və Rusiya tərəfindən geniş şəkildə pislənilib. İsveç və Danimarka müsəlmanları bu cinayəti pisləyərkən bunu müsəlmanların hisslərini qızışdırmaq və onların qəzəbli reaksiyasından istifadə etmək məqsədi daşıyan bir hərəkət kimi qiymətləndirib. Onlar bu cinayətə rasional yanaşdıqlarını vurğulayıblar.

4119384

captcha