IQNA

Misirli bir xanım 30 Quran nüsxəsi yazıb

12:26 - February 03, 2023
Xəbər sayı: 3493651
47 yaşlı misirli qadın Quranın əzbərlənməsini asanlaşdırmaq üçün Quran yazmağa başlayıb və 2 il ərzində 30 nüsxə Qurani-Kərim yazıb.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, 47 yaşlı misirli xanım Zeynəb Əbdül-Qani Qurani-Kərimi əzbərləməkdə müvəffəq olmadığından sonra Qurani-Kərimi yazaraq onu əzbərləməyi asanlaşdırmağa qərar verib. O, iki il ərzində 30 nüsxə Qurani-Kərim yazmağa nail olub.

Bu ölkənin Əl-Şərqiyyə əyalətində yerləşən Menia əl-Qamh şəhərinin Əl-Təlin kəndindən olan bu misirli xanımın dediyinə görə, təhsilini başa vura bilməməsinə baxmayaraq, Quran yazmağı bacardığı üçün Allaha şükür edir. Onun sözlərinə görə, erkən evləndiyi üçün yalnız altıncı sinfə qədər oxuya bilib və 8 il əvvəl Qurani-Kərim yazmağa başlayıb. İndiyədək 30 nüsxə Quran yazmağa nail olub. Lakin xəstəliyinə və fiziki vəziyyətinə görə daha çox nüsxə yazması mümkün olmayıb.

O, oxumaq üçün saxladığı bir nüsxədən başqa bütün bu nüsxələri övladlarına, qohumlarına və dostlarına bağışlamışdır. Zeynəb Əbdül-Qani Quran yazmağı Quran hafizi olan atasından öyrənib.

4118914

captcha