IQNA

Malayziyada Quranı əzbərləməklə bağlı milli siyasət həyata keçiriləcək

11:58 - February 01, 2023
Xəbər sayı: 3493644
Malayziyanın baş nazirinin müavini Əhməd Zahid Həmidi martın 13-dən bu ölkədə Qurani-Kərimi əzbərləməyi öyrənməklə bağlı milli siyasətin həyata keçiriləcəyini açıqlayıb.

"İQNA", "The Sun Daily"-ə istinadən xəbər verir ki, Həmidi deyib: "Hökumət Qurani-Kərimin əzbərlənməsi ilə bağlı 2016-cı ildə həyata keçirilən əvvəlki milli siyasətdən əmin olmaq üçün onu yenidən nəzərdən keçirir. Bununla da Quranın hifzi müəssisələrində tədris üsulları baxımından yeni siyasətlərlə bağlı koordinasiya yaradmaq istəyir".

 “İlin İslam Şəxsiyyəti” mükafatlandırma mərasiminin mətbuat konfransında çıxış edən Malayziya baş nazirinin müavini belə deyib: "Qurani-Kərimin əzbərlənməsi üzrə milli siyasətin artıq həyata keçirildiyini və Malayziyada əzbər təhsilinin idarə edilməsi üçün təlimatların Malayziyada milli təhsil siyasəti və hökumətin qaydaları nəzərə alınmaqla hazırlandığını bildirib".

Əhməd Zahid Həmidi deyib: "Biz Quran hafizləri arasından milli liderləri və mütəxəssisləri seçmək və eyni zamanda onların statusunu yüksəltmək istəyirik".

Malayziyanın ən yaxşı İslam şəxsiyyətinin mükafatlandırma mərasimi ilk dəfə 2020-ci ildə keçirilib. Bu mükafatlar hər il müxtəlif sahələrdə İslam elmlərinin ən yaxşı fəallarına verilir. Bu il 9 nəfər müxtəlif sahələrdə mükafat alıb.

4118685

captcha