IQNA

Quran nəzərində xoşbəxt insan (1)

Quranda insanın xoşbəxtlik və bədbəxtliyinin meyarı

17:07 - January 20, 2023
Xəbər sayı: 3493584
Quran təlimlərində insanın xoşbəxtlik və bədbəxtliyinin meyarı əbədi həzz və iztirabdır. Dünya ləzzətləri və ağrıları daimi və sabit olmadığı üçün o, axirətin əbədi ləzzət və ağrılarını əsl xoşbəxtlik və bədbəxtlik nümunələri kimi təqdim edir.

Quranda insanın xoşbəxtlik və bədbəxtliyinin meyarıİnsanın son və arzuladığı məqsədi “özünü sevməsindən” doğan xoşbəxtlikdən başqa bir şey deyil. İnsan fitri olaraq onu əldə etməyə çalışır. Ona görə də bu məsələ haqqında sual olunmur. Daha doğrusu, onun işığında hər bir məqsəd və digər iş əsaslandırılır və izah edilir. Beləliklə də insanın özü üçün xoşbəxtlik əsas məqsəd hesab olunur.

Quran təlimlərində xoşbəxtlik və bədbəxtliyin meyarı əbədi həzz və iztirabdır. Bu mənada ki, İslam, xüsusən də Quran xoşbəxtlik və bədbəxtliyin mənasını dəyişdirmir. Bu kontekstdə o, insanların anlayışından uzaq olan yeni bir konsepsiya təklif etmir. Daha doğrusu, o, xoşbəxtliyi ümumi mənada qalıcı ləzzət və bədbəxtliyi çoxlu əzab və ağrı mənasında hesab edir. Amma o ikisinin nümunəsində dəyişiklik edir. Dünya ləzzətləri və ağrıları daimi və sabit olmadığı üçün o, axirətin əbədi ləzzət və ağrılarını əsl xoşbəxtlik və bədbəxtlik nümunələri kimi təqdim edir.

Qurana görə insanlar qiyamət günü iki dəstəyə bölünəcək. Bir dəstəsi xoşbəxt olanlar, digərləri isə bədbəxt olanlardır:

«یَوْمَ یَأْتِ لاتَکَلَّمُ نَفْسٌ إِلاّ بِإِذْنِهِ فَمِنْهُمْ شَقِیٌّ وَ سَعیدٌ»

"(Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!" (Hud, 105).

«فَأَمَّا الَّذینَ شَقُوا فَفِی النّارِ لَهُمْ فیها زَفیرٌ وَ شَهیقٌ»

"Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onları orada ah-fəryad gözləyir" (Hud, 106).

«خالِدینَ فیها ما دامَتِ السَّماواتُ وَ الأَرْضُ إِلاّ ما شاءَ رَبُّکَ إِنَّ رَبَّکَ فَعّالٌ لِما یُریدُ»

"Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar möminlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər) (Hud, 107).

«وَ أَمَّا الَّذینَ سُعِدُوا فَفِی الْجَنَّةِ خالِدینَ فیها ما دامَتِ السَّماواتُ وَ الأَرْضُ إِلاّ ما شاءَ رَبُّکَ عَطاءً غَیْرَ مَجْذُوذ»

"Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar" (Hud, 108).

Bəzi insanlar bədbəxt, bəziləri isə xoşbəxtdirlər. Yəni bilmək lazımdır ki, hər bir şeyin səadəti onun varlığının xeyirinə çatmaqdan ibarətdir. Yəni istədiyi kamilliyə çatsın və ondan faydalansın. İnsanın səadəti fiziki və mənəvi nemətlərə çatmaq və onlardan həzz almaqdır. İnsanın bədbəxtliyi o nemətlərə sahib olmamaq və onlardan məhrum olmaqdır.

Bu bədbəxtlik və o xoşbəxtlik insanların bu dünyada əməllərinin, danışıqlarının və niyyətlərinin nəticəsidir.

Bəziləri dünyada könüllü olaraq, heç bir məcburiyyət olmadan küfr və zəlalətə düçar olurlar. Bu da əbədi bədbəxtliyə səbəb olur. Amma bəziləri də könüllü olaraq, məcburiyyət olmadan, iman və hidayəti qəbul etdilər, ona görə xoşbəxt oldular.

Beləliklə, hər bir insasnın xoşbəxtliyi onun öz əlindədir. Yəni insandır ki, özünü xoşbəxt ya bədbəxt edir. Bəs, insan özü barədə məsuliyyət daşıyır. Elə həyat sürməlidir ki, dünya və axirət səadəti təmin olsun.

Qurana görə, daimi və əbədi səadətə yalnız ixtiyari əməllər etməklə nail olmaq mümkündür. Deməli, xoşbəxtliyin əldə edilməsi yalnız ixtiyari əməlləri etmək mənasındadır. Onlar da xoşbəxtliyi yaradan amillərdir. İnsan isə ona ancaq bu yolla çata bilər. Çünki insanın təbii istəyi olan xoşbəxtlik insanın ixtiyari əməllərinə daxil deyil. Daha doğrusu, xoşbəxtlik müəyyən amillərin yerinə yetirilməsi ilə reallaşır. Buna görə də Quranda səadətə çatmaq üçün vasitə kimi təqdim edilən ixtiyari əməllər və ya “amillər” izah edilməlidir. Həmçinin xoşbəxtliyə çatmağın maneələri tanınmalıdır.

İnşallah gələn bəsimizdə bu amillərə işarə edəcəyik.

captcha