IQNA

Heydər məscidi

Məscid 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilmişdir. Məscid 12.000 m² sahədə salınıb, daxili isə 4.200 m² sahəni əhatə edir. Məscidin fasadı Şirvan – Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənilmiş, hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.