"İQNA", xəbər verir ki, bu yarış bu il oktyabrın 13-də İran İslam Cümhuriyyətindən olan nümayəndələrin iştirakı ilə Küveytdə keçirilib və oktyabrın 19-da başa çatıb.
Xuzistanlı Şüca Zuidat on növ qiraətlə bütün Quranın əzbərlənməsi sahəsində, Zəncan vilayətindən Əli Qulamizad bütün Quranın əzbərlənməsi sahəsində və Gilan vilayətindən Rza Rzai bütün Quranın əzbərlənməsi sahəsində iştirak ediblər.
Bu yarışmanın yekun qiraəti Qurani-Kərimin azyaşlı qarilərindən olan Osman ibn Məşəl Əl-Həddad tərəfindən edilib. O, "Zuxruf" surəsinin 67-ci ayəsindən 73-cü ayəsinə qədər olan ayələri qiraət edib.
- "Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!".
- "(Müttəqilərə belə deyiləcəkdir:) Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz!".
- "O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar".
- "Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!".
- "(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!".
- "Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir!".
- "Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!".
4106176