IQNA

Əfqanıstanda partlayış: 7 ölü, 6 yaralı

20:44 - December 06, 2022
Xəbər sayı: 3493373
Əfqanıstanın Bəlx əyalətində partlayış törədilib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Bəlx əyalətinin rəsmisi Asif Vəziri məsələ ilə bağlı məlumat verib.

Bombanın partladılması nəticəsində avtobustdakı azı 7 sərnişin həyatını itirib, həmçinin 6 nəfər də xəsarət alıb.

Hadisə Məzari-Şərif şəhərində baş verib.

Xidməti avtobus Özbəkistanla sərhəddəki nəzarət-keçid məntəqəsinin əməkdaşlarını daşıyırdı.

Hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

captcha