IQNA

Somalidə nazirlik önündə terror: Çox sayda ölən var

19:37 - October 30, 2022
Xəbər sayı: 3493171
Somalinin paytaxtı Moqadişoda təhsil nazirliyi qarşısında törədilən partlayışlar nəticəsində azı 100 nəfər ölüb, daha 300 nəfər yaralanıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sputnik-ə istinadən xəbər verir ki, Somalidə nazirlik önündə terror törədilib.
 
Somalinin paytaxtı Moqadişoda təhsil nazirliyi qarşısında törədilən partlayışlar nəticəsində azı 100 nəfər ölüb, daha 300 nəfər yaralanıb.
 
Qeyd olunur ki, Moqadişoda Təhsil Nazirliyinin binası yaxınlığında iki minalanmış avtomobil partladılıb.
Daha əvvəl Agence France-Presse təhlükəsizlik rəsmilərinə istinadən xəbər vermişdi ki, Moqadişoda baş verən partlayışlar nəticəsində uşaqlar da daxil olmaqla 9 nəfər həlak olub.
 
Dalsan TV şənbə günü Somalidə Təhsil Nazirliyinin binası yaxınlığında bir neçə partlayışın baş verdiyini bildirib.
 
Daha sonra yayımlanan Shabelle telekanalı xəbər verib ki, partlayışlar nəticəsində ən azı beş nəfər, o cümlədən yerli televiziyanın müxbiri və bir rayon polis rəisi həlak olub.
captcha