İQNA, xəbər verir ki, "Mənimlə Quran tilavət et" adlı layihə Vyanada başlayıb. Bu layihə Vyanadakı İmam Əli (ə) İslam Mərkəzinin "https://t.me/izwien" ünvanında yerləşən Telegram kanalında virtual platformada həyata keçirilib.
Səhifəyə yüklənmiş qiraətlər bir dəqiqəlikdir. Bu qiraətlər 24 həftədə İran qarilərindən Hüseyn İsfahanianın səsi ilə yüklənəcək. Onun birinci hissəsi 1-dən 6-ya qədər olan ayələrdən ibarət olub.