IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Quran MP3" saytı dünyanın ən böyük Quran tilavəti saytı hesab edilir.
Bu saytda müxtəlif Quran qarilərinin audio tilavətlərini dünyanın 21 dilində endirmək olar.
Dünya müsəlmanlarının ən çox istifadə etdiyi bu saytda Quran qarilərinin adları əlifba sırası ilə düzülmüşdür. İzləyici istədiyi qarinin adını asanlıqla tapıb tilavət səsini endirə və dinləyə bilir.
Bu sayt dünyanın 21 dilində, o cümlədən Ərəb, Fars, Türk, Urdu, İngilis, Fransız, İspan, Alman, Çin, Portoğal, Rus, İndoneziya və sair dillərində fəaliyyət göstərir. /iqna