IQNA

Beyrutdakı partlayışda ən azı 78 nəfər ölü, 4000-dən çox yaralı var

10:09 - August 05, 2020
Xəbər sayı: 3487813
Livan Səhiyyə naziri Beyrutda baş verən partlayışda ölən və yaralananların sayı ilə bağlı statistik məlumat verib.

Livan Səhiyyə naziri Həməd Həsən, Beyrutda baş vermis partlayışdan sonra statistic məlumat yayaraq ölənlərin sayının 78-i keçdiyini və 4000-dən çox insanın yaralandığını açıqlayıb.

Bu arada, Livan Qırmızı Xaç Komitəsinin baş katibi George Kataneh, Beyrut limanında meydana gələn partlayış nəticəsində yaralanan yüzlərlə insanın müalicə üçün xəstəxanaya aparıldığını söyləyərək, çox sayda insanın partlayışdan zərər çəkmiş evlərdə çöküntülərin mühasirəsində qaldığını söyləyib.
Livan mediasına danışan Kataneh, yaralıların sayı ilə bağlı dəqiq bir məlumat olmadığını, partlayışın baş verdiyi ərazidə və evlərdə çox sayda insanın tələyə düşdüyünü və bir çoxunun qayıqla xilas etmək üçün səy göstərildiyini söylədi.
Livan LBCI Şəbəkəsi “Otil Dave” Xəstəxanasındakı bir mənbəyə istinadla bildirib ki, həmin xəstəxanada 500-dən çox yaralı müalicə olunur və xəstəxanaya daha çox insanı qəbul etmək imkanı yoxdur.
Xəstəxana səlahiyyətliləri, onlarla yaralıın əməliyyata ehtiyacı olduğunu da  bildiriblər.

Tibbi mənbələr, xəstəxanaların yaralı insanlarla dolu olduğunu, Beyrut xəstəxanalarının avtoparkda tibbi yardım göstərdiklərini qüyd ediblər.
Livan xəbər agentliyi, hələ də davam edən yanğının söndürülməsində ordu helikopterlərinin iştirak etdiyini bildirib.

captcha