IQNA

Holokostu tənqid etdi, işdən çıxarıldı

9:52 - January 23, 2019
Xəbər sayı: 3484572
Almaniyanın paytaxtı Berlinin İş Məhkəməsi Vidinger şəhərinin ibdtiayi sinif müəllimini yəhudilərin və holokostun əleyhinə video yaymaq inttihamı ilə heç bir təzminat ödəmədən işdən çıxartdı.

Holokostu tənqid etdi, işdən çıxarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlinin İş Məhkəməsi Vidinger şəhərinin ibdtiayi sinif müəllimini yəhudilərin və holokostun əleyhinə video yaymaq inttihamı ilə heç bir təzminat ödəmədən işdən çıxartdı.

Məhkəmənin bu barədə qərarından öncə isə N. Nikolay adlı bu müəllim məktəbin onun müqaviləsinin şərtlərini pozduğu barədə şikayət etmişdi. Amma məhkəmə müəllimin holokostu tənqid etməsini, təhrik edici məlumat paylaşmasını  və camaata bu barədə yanlış məlumat verməsini dəlil gətirərək müqavilənin pozulmasının doğru addım olduğunu qeyd edib.

Həqiqətdə isə işlədiyi məktəbdə 8 il İngilis dili tədris etmiş 38 yaşlı müəllim öz "youtube" kanalında holokost barədə danışan müxtəlif adamların videosunu paylaşıb. Məhkəmə isə onun bu addımını federal qanunların pozulması hesab edib və bildirib ki, onun ibditayi sinif uşaqlarına dərs deməsi münasib deyil.

Məhkəmə elan edib ki, cəmiyyət Almaniya tarixi qarşısında məsuliyyət daşıyır. Holokostda ölənlər barədə güman və təxmin ilə danışmaq doğru deyil. Almaniya dəyişib və hər bir kiçik azlıq cəmiyyət üçün əhəmiyyətlidir.   

http://iqna.ir/fa/news/3783356

Teqlər: holokost ، holocaust ، yəhudi ، almaniya ، faşist
captcha