İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının istehsal etdiyi "EŞQ VİLAYƏTİ" teleresiyalı Seneqalın rəsmi dilinə tərcümə və dublyaj edilir.
Şiələrin səkkinzinci məsum rəhbəri Həzrət İmam Rzanın (ə) həyatından bəhs edən teleseriyal İran İslam Respublikasının Seneqalın paytaxtı Dakardakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə dublayj edilir.
Bu iş İmam Rzanın (ə) səadətli viladət günləri münasibəti ilə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin kitabxanasında həyata keçirilir.
Seriyal Seneqalın yerli "vluf" dilinə və rəsmi dövlət dili olan Fransız dilinə tərcümə edilir. Seriyalın mütərcimləri Həsən Çav (Şeyx Antadyup universitetinin Fars dili müəllimi) və Seneqal kinosunun aktivisti Ayişə Cahdır.
http://iqna.ir/fa/news/3731794