Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın Sahartv-yə istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi bu əməliyyatı səudiyyə koalisiyasının Yəmənə hücumlarının davam etməsinə reaksiya olaraq həyata keçirib.
Ənsarullah Hərkatının informasiya portalı da yəmənli hərbi rəsmiyə istinadla bildirib: Bu raket tam diqqətlə hədəfə dəyib.
Ənsarulla Hərəkatının raket bölməsi ötən gün də Ərəbistanın Nəcran bölgəsinə doğru bir ədəd ballistik raket atmışdı.
Yəmən ordusunun Pilotsuz Uçan Aparatlar bölməsi də ötən gün uzaqmənzilli Səmad 2 Pilotsuz Uçan Aparatlarla Ərəbistan paytaxtı Ər-Riyadda Aramko neft şirkətinin neftayırma zavodunu atəşə tutmuşdu.