İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı rejimin müdafiə naziri Avigdor Liberman ikinci göstərişə qədər Kərəm Əbu Salim keçidindən qaz balonlarının və yanacağın girişinin qadağan olunmasına dair orduya göstəriş veirb.
İşğalçı rejim ötən gün işğal olunmuş ərazilərlə Qəzza zolağı arasında ticarət keçidi olan Kərəm Əbu Salim keçidini bağlamaqla yanaşı həmdə bu keçiddən balon qaz və yanacağın Qəzza ərazisinə keçirilməsinə də qadağa qoyub.
Bu keçiddən sadəcə dərman girişinə icazə veriləcəyini bildirilən xəbərdə işğalçı rejimin bu addımı Qəzzadan atılan yanan çərpələnglərin dayandırılması istiqamətində görülmüş tədbirlər adlandırılıb.
Qeyd edək ki, ötən gün işğalçı rejim Kərəm Əbu-Salim keçidini, Misir isə Rəfəh keçidini qəzzalı fələstinlilərin üzünə bağlayıb. Qəzzada 2 milyondan artıq insan bu iki sərhəd keçidindən qidalanır.