IQNA

Yəmən qoşunları Cizanı ələ keçirdilər

6:53 - July 16, 2018
Xəbər sayı: 3483483
Yəmən silahlı qüvvələri və xalq könüllülərinin birgə keçirdiyi əməliyyat nəticəsində Ərəbistanın Yəmən ilə sərhədlərinə yerləşən Cizan rayonunun bəzi kəndləri və hərbi qərargahları ələ keçirilib.

Yəmən qoşunları Cizanı ələ keçirdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmən silahlı qüvvələri və xalq könüllüləri komitələrinin döyüşçülərinin birgə keçirdiyi əməliyyat nəticəsində Səudiyyə Ərəbistanın Yəmən ilə sərhədlərinə yerləşən Cizan rayonunun bəzi kəndləri və hərbi qərargahları ələ keçirilib.

Yəmən hərbi qaynaqlarından birinin bu barədə verdiyi məlumatda deyilir ki, Yəmən silahlı qüvvələri və xalq könüllüləri komitələrinin döyüşçülərinin birgə keçirdiyi genişmiqyaslı hücumda Cizan rayonunun "Cəbəludduxan" və "Cəbulud-Dud" kəndlərinin şimal və şərqində dörd kəndin və bir neçə hərbi qərargahın kontrolu ələ keçirilib.

Məlumatda deyilir ki, bundan əlavə Səudiyyə koalisyasına məxsus dörd hərbi maşın partladılaraq sıradan çıxarılıb, xeyli sayda muzdlu döyüşçüləri öldürülüb və yaralanıb. Təmizləmə əməliyyatı zamanı isə düşmən əsgərləri əsir götürülüblər.

Yəmən silahlı qüvvələri və xalq könüllüləri komitələrinin döyüşçülərinin Təvla keçidində yerləşən "Təbbətul-Bulbulə" rayonunda birgə keçirdiyi digər əməliyyatda isə Səudiyyə koalisiyasının silah-sursatı məvh edilib.   

http://iqna.ir/fa/news/3730198  

Teqlər: iqna ، cizan ، yəmən ، husi ، Ənsarullah
captcha