IQNA

Qətərdə görmə qüsuru olan üçün xüsusi Quran təlimi mərkəzləri

6:03 - April 22, 2018
Xəbər sayı: 3483061
Qətərdə görmə qüsuru olan üçün xüsusi Quran təlimi mərkəzləri vardır ki, görmə qüsuru olanlara Quranı, hifz etməyi və Quran maarifini öyrədirlər və bu mərkəzlər dövlət tərəfindən maddi dəstək alırlar.

Qətərdə görmə qüsuru olan üçün xüsusi Quran təlimi mərkəzləriİQNA-nın (beynəlxalq Quran xəbər agentliyi) verdiyi xəbərə görə, Qətərdə görmə qüsuru olan üçün xüsusi Quran təlimi mərkəzləri vardır ki, görmə qüsuru olanlara Quran oxumağı, hifz etməyi və Quran maarifini öyrədirlər və bu mərkəzlər dövlət tərəfindən maddi dəstək alırlar.

Bu barədə İQNA ilə müsahibəsində qətərli Quran hafizi Abdullah Həmd Salim Həmd Əbu Şüreydə məlumat verib.

İran İslam Respublikasının 35-ci beynəlxalq Qurani-Kərim yarışlarına Qətərdən ezam edilmiş və görmə qüsuru olan Quran hafizi yarışların ikinci günü öz proqramını icra edib.

İran yarışlarına ilk dəfə qatıldığını deyən qətərli Quran hafizi İslam dünyası ölkələrində keçirilən Quran yarışlarının səviyyəsinə işarə edərək dedi: Yarışlarına qatıldığım ölkələr arasında Küveyt, Livan və İran yarışlarını hər cəhətdən yüksək səviyyədə keçirilməsinə görə bəyənirəm.

Görmə qüsuru olan Quran hafizi Abdullah Həmd Salim Həmd Əbu Şüreydə müsahibəsinin davamında Qurani-Kərimin onun həyatına təsirindən danışaraq dedi: Quranın hifzi mənim fərdi və ictimai həyatımda böyük təsirə malikdir. Quranı hifz etmək məni həyata daha çox bağlayıb. Cəmiyyətdə də bu cür cismi vəziyyətim ilə Quran hafizi olduğumu bilən hər kəs mənə böyük hörmət və ehtiramla yanaşırlar.

O, Quranı necə hifz etməyi barədə danışarkən dedi: Mən Qurani-Kərimi görmə qüsuru olanlar üçün hazırlanmış Bril nüsxəsindən istifadə edərək 4 il müddətində hifz etmişəm. Və hər günü 3 cüz Quran oxuyaraq hifzimi möhkəmlədirəm.

Qeyd edək ki, İİR-nın 35-ci beynəlxalq Quran yarışları həftənin Cümə günü, 84 ölkənin və 370 nəfər yarışçının iştirakı ilə Tehranın İmam Xomeyni (r.ə) müsəllasında başlayıb və bir həftə davam edəcəkdir. Yarışlar kişilər, xanımlar, görmə qüsuru olanlar və dini tələbələr kateqoriyalarında keçirilir.   

http://iqna.ir/fa/news/3707433

Teqlər: iqna ، quran ، hifz ، iran ، beynəlxalq yarışlar
captcha