IQNA

Ayətullah Sistaninin nümayəndəsi “Müharibə Reportyorları Birliyi”nin yaranmasını təbrik dedi

15:52 - January 23, 2018
Xəbər sayı: 3482682
Şeyx Əbül-Mehdi Kərbəlayi İraqın Kərbəla şəhərində “Müharibə Reportyorları Birliyi”nin təsis edilməsini təbrik deyərək onları da “cihad” meydanın qəhrəmanları adlandırdı.

Ayətullah Sistaninin nümayəndəsi “Müharibə Reportyorları Birliyi”nin yaranmasını təbrik dediİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın “NUN” xəbər agentliyinin informasiya portalına istinadla veridyi xəbərə görə, şiələrin təqlid mərcəsi həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbül-Mehdi Kərbəlayi İraqın Kərbəla şəhərində “Müharibə Reportyorları Birliyi”nin təsis edilməsini təbrik deyərək onları da “cihad” meydanın qəhrəmanları adlandırdı.

“NUN” informasiya agentliyinin verdiyi xəbərə görə, Ayətullah Üzma Seyid Əli Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbül-Mehdi Kərbəlayi “Müharibə Reportyorları Birliyi”nin heyəti ilə görüşüb.

Şeyx Əbül-Mehdi Kərbəlayi bu görüşdə birliyin təsis edilməsi münasibəti ilə təbrik deyərək vurğuladı: Cihad meydanındakı mücahidlər öz qanları ilə İraqın şanlı tarixini yazırlar. Və bu müasir tarix də İraqın qərəmanlqılar və rəşadətlər dolu tarixinə əlavə ediləcəkdir.

O, şəhidlərin dastanlarını pak canların böyüklük və ucalıq dastanı hesab edərək bu dastanların və qələbələrin tarixə yazılmasının zəruri olduğunu vurğuladı.

İraq müharibəsinin “Müharibə Reportyorları Birliyi”nin rəisi Əmmar Xuzai “NUN” xəbər agentliyi ilə müsahibəsində dedi: Birliyimizin üzvləri Ayətullah Üzma Seyid Əli Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbül-Mehdi Kərbəlayinin tövsiyələrini şəhidlərin dastanlarının və qələbələrinin yazılması barədə diqqət mərkəzində saxlayacaqdır və İmam Hüseynin (ə) mübarək ziyarətgahının “Cavanlar Mərkəzi”nin həmkarlığı ilə cavanlara bütün sahədələrdə xidmət göstərəcəkdir.

Qeyd edək ki, İraq müharibəsinin “Müharibə Reportyorları Birliyi” İraqın xalq könüllüləri döyüşçülərinin (Həşdi Şəəbi) İŞİD terrorçularına ardıcıl qələbələrindən sonra İraq mediasının tanınmış şəxsiyyətləri tərəfindən təsis edilmişdir.    

http://iqna.ir/fa/news/3684688

captcha