IQNA

86 ölkənin iştirak etdiyi iclasda 2018-ci ilin "Qüds Şərif ili" elan olunması istənilib

12:01 - January 19, 2018
Xəbər sayı: 3482669
Dünyanın səksən altı ölkəsindən yüksək səviyyəli rəsmi və tanınmış şəxsiyyətlərin iştirakı ilə 17, 18 yanvarda Misirin əl-Əzhər Universitetində Qüdslə bağlı konfrans keçirilib.

86 ölkənin iştirak etdiyi iclasda 2018-ci ilin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin əl-Əzhər Universitetində Qüdsə Dəstək Beynəlxalq iclasının iştirakçıları cümə axşamı günü bir bəyanatda Qüdsün Fələstinin əbədi paytaxtı elan olunmasının əhəmiyyətini vurğulayıblar.

Məlumata görə,  Qüdsə dəstək beynəlxalq iclasın iştirakçıları yekun bəyanatda ABŞ prezidenti Donald Trampın Beytül-Müqəddəsi sionist rejimin payxtatı olaraq rəsmən tanımasına qarşı olduqlarını vurğulayıb və bu qərarın icrasının durdurulması üçün təcili addımların atılmasını istəyiblər. 

Bu bəyanatda həmçinin təklif olunub ki, 2018-ci il Qüds-Şərif ili elan olunsun. 

Qeyd edək ki, Qüdsə dəstək beynəlxalq iclası dünyanın 86 ölkəsindən yüksək səviyyəli rəsmi və şəxsiyyətlərin iştirakı ilə 17, 18 yanvarda Misirin əl-Əzhər Universitetində keçirilib. /islamazeri/

Teqlər: iqna ، qüds ، misr ، Əqsa
captcha