IQNA

Quranın Alman və Avropa dillərinə tərcümləri ilə tanışlıq-2

İlk dəfə Quranı Alman dilinə Salamon Şuvayger İtaliyancadan tərcümə etmişdir

15:13 - January 13, 2018
Xəbər sayı: 3482638
Almaniyanın protestant məsihi ruhanisi Salamon Şuvayger Qurani- Kərimi ilk dəfə Alman dilinə 1616-cı ildə və qərəzli şəkildə İtaliyanca nüsxədən tərcümə etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Avropa (Almaniya) və İslam araşdırmaları” teleqram kanalına istinadla verdiyi xəbərə görə, Almaniyanın protestant məsihi ruhanisi Salamon Şuvayger (Salomon Schweigger) Qurani- Kərimi ilk dəfə Alman dilinə 1616-cı ildə və qərəzli şəkildə İtaliyanca nüsxədən tərcümə etmişdir.

Almaniyanın protestant məsihi ruhanisi Salamon Şuvayger (Salomon Schweigger) 1551- ci ildə anadan olmuşdur və Almaniyanın Tubingen şəhər universitetində Xristian və məsihilik ilahiyyatı üzrə dini təhsil almışdır.

Salamon Şuvayger dini təhsilini başa vurduqdan sonra İsveç imperatorluğunun (imperator Habesburqun zamanında) Osmanlı imperiyası sulatnının hüzuruna göndərdiyi heyətinin tərkibində İstambula gəlir. O, bu səfərdə İstambulu, Hələbi, Dəməşqi, Yerusəlimi və Misiri gəzir. Bu regionda yaşayan müsəlman xalqın din, məzhəb, adət-ənənəsi barədə öz səfərnaməsində geniş yazır. Sonralar onun bu səfərnamə əsəri geniş şöhrət qazanır.

İlk dəfə Quaranı Alman dilinə Salamon Şuvayger İtaliyancadan tərcümə etmişdirAlmaniyanın protestant məsihi ruhanisi bu səfərdə Qurani- Kərimin İtaliyanca nüsxəsi ilə tanış olur və bu nüsxəni əldə edərək özü ilə Almaniyaya gətirir. Bu nüsxəni isə 1547-ci ildə Anderiya Arivabne Latın dilindən İtaliyancaya tərcümə etmişdi. Yəni Şuvayger Qurani- Kərimi Alman dilinə ojinal dildən (Ərəb) iki dəfə vasitə dəyişdikdən sonra tərcümə etmişdir ki, bu da tərcümənin dəqiqliyini gözəçarpacaq dərəcədə azaldır. Həmin nüsxəni Ərəb dilində Latıncaya 1141- ci ildə Rabert Fun tərcümə etmişdi.

Salamon Şuvayger Qurani- Kərimin İtaliyanca nüsxəsinin Alman dilinə tərcüməsini 1616-cı ildə başa çatdırı və bu tərcümənin üzərinə qərəzli şəkildə “der Türcken Alcoran, Religion vnd Aberglauben”, yəni “Türklərin Quranı, din və xurafat”, yazaraq çap və nəşr etdirir.

Bu qərəzli və orjinaldan dildən iki dəfə vasitə (Latın və İtaliyan dili) fasiləsi ilə Alman dilinə tərcümə edilmiş Quran nüsxəsi sonralar Alman dilindən və orjinal dildən 3 dil vasitə ilə uzaqlaşmış halda dördüncü dilə, yəni Holland dilinə də tərcümə edilir.

Qeyd edək ki, Almaniyanın protestant məsihi ruhanisi Salamon Şuvaygerin (Salomon Schweigger) tərcümə etdiyi Quranın orjinal nüsxəsi Almaniyanın Nurenburq şəhərinin “Orlangen” universitetində saxlanılır.

Almaniyada həmin zamanlarda tərcümə edilmiş Quran nüsxələri barədə bir məsələni diqqətdə saxlamalıyıq ki, həmin illərdə Avropa dövlətləri ilə Osmanlı imperiyası arasındakı savaşlar və keşməkeşlər ən pik nöqtəyə çatmışdı.

İlk dəfə Quaranı Alman dilinə Salamon Şuvayger İtaliyancadan tərcümə etmişdirOsmanlı qoşunları həmin zamanlarda İsveç (Habsurq) imperatorluğunun paytaxı Vyananın darvazlarına çatmışdı və buna görə də o zamanlarda müsəlman Osmanlı türkləri məsihilər və avropalılar üçün ciddi təhlükə hesab edilirdilər. Hətta avropalılar elə bilirdilər ki, İslam peyğəmbəri də türk olub və buna görə də türk sözünü İslam sözünə sinonim bilirdilər. Necə ki, bunu Şuvaygerin tərcümə etdiyi Quran nüsxəsinin adından da müşahidə etmək olur.

Avroplaıların İslama mənfi baxışları və Qurani- Kərimi qərəzli tərcümə eləmələrində təsirli olan digər amil isə Xaç yürüşləridir. Çünki Xaç (Səlib) yürüşlərində müsəlmanlar və xristianlar arasında baş verən döyüşlər dini və məzhəbi don geyinmişdi və səbəb olmuşdu ki, xristianlar və avropalıların zehnində Quran, müsəlmanlar və İslama qarşı mənfi önfərzli zehniyyət yaranmışdı.

Bundan əlavə Qurani- Kərimi avropa dillərinə tərcümə edənlər əsasən keşişlər və məsihi ruhaniləri idi ki, çox vaxt bu işi İslamla düşmən olan mərkəzlərin və dövlətlərin sifarişi ilə həyata keçirirdilər. Misal olaraq britaniyalı ilahiyyatçı Rabert Funun tərcüməsini göstərmək olar ki, Quranı Avropa dilinə ilk dəfə o tərcümə etmişdir. Fun bu işi böyük rahib “Abt Cluny Petrus Venerabilis”in sifarişi ilə görmüşdü. Və həmin tərcümə Quranı “yalançı peyğəmbər Məhəmmədin qanunu” (Lex Mahumet pseudoprophete) adı ilə çap və nəşr etmişdilər.

Bunlar hamısı göstərir ki, həmin dövrdə avropalılar Quranı qərəzli şəkildə tərcümə edir, tərcümə zamanı tənqid də edir və çalışırdılar ki, insanların zehnində İslam və Qurandan mənfi obraz yaratsınlar.     

http://iqna.ir/fa/news/3681110

 

Teqlər: iqna ، quran ، avropa ، kilsə ، tərcümə ، latın ، alman
captcha