IQNA

Amerika juranlı Quranın İsa Məsih (ə) barədə baxışını yazdı

8:20 - December 30, 2017
Xəbər sayı: 3482573
Amerikanın “Nyuzvik” (Newsweek) juranlı Həzrət İsa Məsihin (ə), Milad bayramının və Həzrət Məryəmin (s) İslam dinində və müsəlmanlar arasında əhəmiyyətindən yazdı.

Amerika juranlı Quranın İsa Məsih (ə) barədə baxışını yazdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın “Nyuzvik” (Newsweek) juranlı Həzrət İsa Məsihin (ə), Milad bayramının və Həzrət Məryəmin (s) İslam dinində və müsəlmanlar arasında əhəmiyyətindən yazdı.

Amerikanın “Nyuzvik” (Newsweek) juranlı bu məqalədə yazır: Həzrət İsa Məsihin (ə) miladından söhbət etdiyimiz zaman Qurani-Kərim zehnə gələn ilk kitabdır. İnsanların çoxu elə fikirləşirlər ki, dünyanın səmavi dinləri sayılan Tövhidi və İbrahimi dinləri (Yəhudilik, Məsihilik, İslam) bir- birilə çoxlu fərqləri vardır. Amma həqiqətdə isə belə deyildir. Həqiqət budur ki, İslam və Məsihiliyin (xaristianlıq) Həzrət İsa Məsih ibn Məryəmin (s) kim olması, necə yaşaması və necə anadan olması barədə çox oxşarlıq və eynilik təşkil edən məqamları vardır.

Həzrət İsa Məsihin (ə) adı Qurani- Kərimdə ən azı 25 dəfə keçmişdir. Bunların çoxunda da İsa Məsih Allahın peyğəmbəri və Məryəmin oğlu kimi təqdim olunmuşdur.

Qurani- Kərimdə İsa Məsih (ə) barədə gələn bir çox xırdalıqlar “Əhdi-Cədid”də gələnlər və deyilənlər ilə eynidir. Məsələn, müsəlmanlar inanırlar ki, İsa Məsih (ə) pak və müqəddəs və bakirə bir xanım tərəfindən atasız və İlahi möcüzə ilə dünyaya gətirilmişdir. Qurani- Kərimdə də bunu təsdiqləyir və ayələrində eyni ilə İncildə olduğu kimi Həzrət Cəbrayılın (ə) Həzrət Məryəm Müqəddəs (s) ilə söhbətini rəvayət edir ki, Həzrət Cəbrayıl (ə) müqəddəs Məryəmə övlad müjdəsi verir.

Quran  bu ayələrdə buyurur:      

إِذْ قَالَتِ الْمَلَائِكَةُ یا مَرْیمُ إِنَّ اللَّهَ یبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِیحُ عِیسَى ابْنُ مَرْیمَ وَجِیهًا فِی الدُّنْیا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِینَ

“Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır. O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır". (Ali-İmran/45-46).

إِنَّمَا الْمَسِیحُ عِیسَى ابْنُ مَرْیمَ رَسُولُ اللَّهِ وَ کَلِمَتُهُ

“Həqiqətən də Məsih İsa ibn Məryəm Allahın rəsuludur və kəliməsidir” (Nisa/171).

Bundan əlavə Həzrət İsa Məsihin (ə) miladı və anadan olması məsələsi də İslam dinində əhəmiyyətli hadisələrdən biridir və Qurani- Kərim bu barədə geniş danışmışdır. Qurani- Kərim 19-cu surəsinin adı Məryəmdir və bu surədə İsa Məsihin (ə) dünyaya gəlişini gözəl izah edir.  

Əlbəttə bu barədə Qurani-Kərim ilə “Əhdi- Cədid” arasında fərqlərdə vardır ki, bu fərqlər göstərir ki, Qurani- Kərim Həzrət İsa Məsihin (ə) şən və məqamını daha uca tutmuşdur. Çünki “Əhdi-Cədid”də İsa Məsihin (ə) “axur”da (heyvanların yem yeməsi üçün düzəldilmiş məkan) dünyaya gəldiyi deyilir. Amma Qurani- Kərim isə O Həzrətin (ə) Xurma ağacının altında və möcüzəvi şəkildə dünyaya gəldiyini rəvayət edir.

Amerika juranlı Quranın İsa Məsih (ə) barədə baxışını yazdı

Müsəlman və xristianların İsa (ə) barədə fərqli baxışlarından biri də budur ki, məsihilər (xristianlar) İsanı (ə) Allahın oğlu hesab edirlər, amma müsəlmanlar İsanı Allahın böyük peyğəmbərlərindən biri hesab edirlər və həmçinin Qurani- Kərimdə də İsa Məsih peyğəmbər olaraq vəsf edilmişdir.

Müsəlmanlar deyirlər ki, İncildə “Allahın oğlu” sözü də ola bilsin ki, seçilmiş peyğəmbər mənasındadır. Çünki İsa Allahın ulul-əzm peyğəmbərlərindən biridir və eyni halda yaradılmış və bəşərdir.

Qurani- Kərimin İngilis dilinə sevimli tərcümlərindən biri olan Yusif Əlinin tərcüməsində Məryəm surəsinin 30-cu ayəsinin tərcüməsində yazır: “İsa Məsih nagahən gözlərini adçı və dedi: Mən Allahın bəndəsiyəm, Allahım mənə səmavi kitab veribdir və məni öz peyğəmbəri edibdir”.

Müsəlmanlar Həzrət İsa Məsihin (ə) anadan olmasını möcüzəvi bildikləri kimi onun ölümünü də möcüzə hesab edirlər. Və inanırlar ki, Həzrət İsa Məsih ölməyibdir, səmaya ucalaraq cənnətə aparılıbdır. Onlar bu barədə Qurani- Kərimin Ali- İmran surəsinin 55-ci ayəsində istinad edirlər:    

 إِذْ قَالَ اللَّهُ یا عِیسَى إِنِّی مُتَوَفِّیكَ وَرَافِعُكَ إِلَی وَمُطَهِّرُكَ مِنَ الَّذِینَ كَفَرُوا وَجَاعِلُ الَّذِینَ اتَّبَعُوكَ فَوْقَ الَّذِینَ كَفَرُوا إِلَى یوْمِ الْقِیامَةِ ثُمَّ إِلَی مَرْجِعُكُمْ فَأَحْكُمُ بَینَكُمْ فِیمَا كُنْتُمْ فِیهِ تَخْتَلِفُونَ

“O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!”

http://iqna.ir/fa/news/3676327  

captcha